İsmayıl 100-cü oyununu keçirdi

 İsmayıl 100-cü oyununu keçirdi

"Turan Tovuz”un futbolçusu İsmayıl Zülfüqarlı Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

"Mediasport" xəbər verir ki, onun yubileyi Premyer Liqanın XXXVI turunun “Kəpəz”lə matçına (4:0) təsadüf edib.

24 yaşlı yarımmüdafiəçi bu görüşlərdə 3 qol vurub. İsmayılın debütü 2019/2020 mövsümündə “Neftçi”nin heyətində gerçəkləşib.

Premyer Liqada iki klubda forma geyinən Zülfüqarlı “Neftçi”də 52, “Turan Tovuz”da 48 qarşılaşmaya çıxıb. O, hər üç qolunu Bakı klubunda vurub.