"Qarabağ" "Səbail"i darmadağın etdi - 22-ci tura yekun vuruldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 22-ci tura yekun vurulub.
Mediasport.az xəbər verir ki, son oyun günündə bir matç keçirilib.
Son çempion və turnir cədvəlinin vahid lideri "Qarabağ" "Səbail"i darmadağın edib.
Xatırladaq ki, turun əvvəlki qarşılaşmalarında "Şamaxı" "Sumqayıt"ı (1:0), "Sabah" "Turan Tovuz"u (2:1), "Neftçi" isə "Zirə"ni (2:1) məğlub edib.
"Araz-Naxçıvan" - "Kəpəz" duelində hesab açılmayıb.
Azərbaycan Premyer Liqası. 22-ci tur
"Qarabağ” - “Səbail” 5:0
Qollar: Yassin Benzia, 76-pen., Leandro Andrade, 80, 85, Kadi Borges, 88, Nəriman Axundzadə, 90+3.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Vüqar Həsənli
VAR: İnqilab Məmmədov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Tofiq Bəhramov adına Respublika stadionu.
“Qarabağ”: 1. Şahrudin Məhəmmədəliyev 24. Aleksey İsayev 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 22. Musa Qurbanlı 10. Abdullah Zubir (k) 81. Kevin Medina 7. Yassin Benzia 8. Marko Yankoviç 2. Mateus Silva 21. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 99. Mateus Koxalski 97. Fabian Buntiç 55. Bədavi Hüseynov 90. Nəriman Axundzadə 29. Marko Veşoviç 9. Kadi Borqes 19. Redon Cica 15. Leandro Andrade 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.
“Səbail”: 12. Əlirza Müştəbazadə 96. İlkin Muradov 74. Yusif Nəbiyev (k) 20. Mert Çelik 11. Rüfət Abdullazadə 16. Emin Rüstəmov 3. Dmitro Litvin 99. İnnosent Nşuti 7. Madi Queta 5. Gitay Sofir 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 25. Nicat Məmmədzadə 22. Mirabdulla Abbasov 83. Nihad Quliyev 19. Samir Abdullayev 97. Oruc Məmmədov 88. Hacıəli Şirəliyev 10. David Qomis 8. Qorka Laruçça.
Baş məşqçi: Cavid Hüseynov.