Portuqaliyanın köklü klubu "Turan Tovuz"un üzvünü istəyir - FOTO

Portuqaliyanın köklü klubu "Turan Tovuz"un üzvünü istəyir - FOTO

"Turan Tovuz"un hücumçusu Jo Batista Portuqaliyanın köklü klublarından "Braqa"nın maraq dairəsinə düşüb.

"Mediasport" xəbər verir ki, bu barədə Portuqaliya mətbuatında məlumat yayılıb.

Bildirilib ki, komanda Qərb təmsilçisinin əsas qol ümidi ilə yaxınlarda danışıqlara başlayacaq.

Braziliyalı hücumçu ilə Braziliya və Cənubi Koreya təmsilçiləri də maraqlanırlar.

"Sambaçı" cari mövsüm "Turan Tovuz"un heyətində bütün turnirlər daxil olmaqla, 34 oyuna çıxıb, 10 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Batistanın tovuzlularla anlaşması 2027-ci ilin yayına qədərdir.