“Arzunun ardınca” filminin təqdimat mərasimi keçirildi

Everest zirvəsini fəth edən ilk azərbaycanlı qadın alpinist Elmira Aslanovaya həsr olunmuş “Arzunun ardınca” filminin təqdimat mərasimi keçirilib.
"Mediasport" xəbər verir ki, mərasim DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində baş tutub.
Gənclər və idman naziri Fərid Qayıbov Elmira Aslanovanın dünyanın ən yüksək zirvəsinə qalxmasını böyük uğur adlandırıb. O, filmin maraqlı alındığını vurğulayıb.
Azərbaycan Alpinizm Federasiyasının prezidenti Muxtar Babayev Elmira Aslanovanın uğurunu yüksək səviyyədə qiymətləndirib. O bildirib ki, qadınlar arasında bunu bacarmaq böyük cəsarətdir.
Qeyd edək ki, avqustun 8-i həm də dünyada Alpinizm Günü kimi qeyd olunur.