ASA-“Qarabağ” əməkdaşlığı çərçivəsində növbəti görüş oldu
Azərbaycan İdman Akademiyası ilə “Qarabağ” Futbol Klubunun Akademiyası arasında əməkdaşlıq çərçivəsində növbəti görüş keçirilib.
"Mediasport" xəbər verir ki, futbol ekosistemində kadr potensialının inkişaf etdirilməsi məqsədi daşıyan görüşdə tərəflər uzunmüddətli tərəfdaşlığın formalaşdırılması, eləcə də birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Müzakirələr zamanı təşkil olunması nəzərdə tutulan təlim proqramları, onların məzmunu, strukturu, əhatə edəcəyi mövzular və tətbiq formatı diqqət mərkəzində olub.
Sonda əməkdaşlığın növbəti mərhələsinə başlanılması ilə bağlı razılıq əldə edilib.


