Rəşid Məmmədəliyev bürünc medal uğrunda mübarizə aparacaq
Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə "Böyük Dəbilqə" turniri keçirilir.
"Mediasport" xəbər verir ki, Rəşid Məmmədəliyev (73 kq) yarımfinalda Fabio Basileyə məğlub olub.
Azərbaycanlı idmançının bürünc medal uğrunda mübarizədəki rəqibi Monqolustan cüdoçusu Anxzaya Lavjarqal olacaq.
Südabə Ağayeva (70 kq) isə 1/8 finalda almaniyalı Miriam Butkereytə uduzub.
"Böyük Dəbilqə" turniri mayın 10-da başa çatacaq.
