"Qarabağ"ın potensial rəqiblərinin sayı 6-ya yüksəldi - Avropa Liqası
Növbəti mövsüm Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Qarabağ"ın potensial rəqiblərindən daha 3-ü müəyyənləşib.
"Mediasport" xəbər verir ki, Ağdam klubu yarışa 1-ci təsnifat mərhələsində başlayacaq.
Qurban Qurbanovun komandası reytinq xalı çox olduğundan püşkatmada səpələnmişlər arasında yer alacaq.
"Atlılar"ın dəqiqləşən mümkün rəqibləri buna qədər "Derri Siti" (İrlandiya), "Alüminiy" (Sloveniya) və "Vestri" (İslandiya) klubları idi.
Bu komandaların sıralamasına "Jlina" (Slovakiya), "Novi Sad" (Serbiya) və "Universitatya Kluj" (Rumıniya) da daxil olub.
Xatırladaq ki, mərhələnin püşkü iyunun 16-da atılacaq.


