Afrika Millətlər Kubokunda ilk yarımfinalçılar müəyyənləşdi

Afrika Millətlər Kubokunda ilk yarımfinalçılar müəyyənləşdi

Mərakeşin ev sahibliyi etdiyi futbol üzrə Afrika Millətlər Kubokunda ilk yarımfinalçılar məlum olub.

"Mediasport" xəbər verir ki, Seneqal yığması Mali üzərində qələbə qazanıb - 1:0.

Meydan sahibi Mərakeş seçməsi isə Kamerun millisini iki cavabsız qolla üstələyib.

1/4 finalın digər cütlərində bu axşam Əlcəzair Nigeriya, Misir isə Fil Dişi Sahili futbolçuları ilə qarşılaşacaq.

Turnir yanvarın 18-də yekunlaşacaq.