Azərbaycan boksçuları Avropa çempionatında iştirak edəcək
Azərbaycan boksçuları Almaniyanın Keinbaum şəhərində yeniyetmə oğlan və qızlar arasında U-17 Avropa çempionatında iştirak edəcəklər.
"Mediasport" xəbər verir ki, ölkəmiz qitə birinciliyində 20 idmançı ilə təmsil olunacaq.
Baş məşqçi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədovla Teymur Məmmədovun rəhbərliyi altında Qardaş Rəhimov (46 kq), Əli Əliyev (48 kq), Ayxan Həsənov (50 kq), Əli Abaslı (52 kq), İbrahim Bədəlli (54 kq), Raul Heydərli (57 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Nurlan Süleymanov (66 kq), Adil Zalov (70 kq), Şükar Əliyev (75 kq), İsmayıl Vəliyev (80 kq) və Səfdər Məmmədzadə (+80 kq) yarışacaq.
Aysel Fərəcova (46 kq), Gülər Hüseynova (48 kq), Əminə Tağı (50 kq), Zəhra Məmmədova (52 kq), Cəmilə Muradlı (54 kq), Fidan Bakarova (63 kq) və Səma Abbasovadan (66 kq) ibarət qadın miilimiz isə İlkin Ağayevin baş məşqçili ilə gücünü sınayacaq.
Beynəlxalq dərəcəli hakim Anar Babanlı ədalət təmsilçiləri sırasında yer alacaq.
Dekabrın 10-da başlanacaq və 9 gün davam edəcək AÇ-də 29 ölkənin boksçuları mübarizə aparacaqlar.
