Azərbaycan boksçularından Macarıstan turnirində 4 medal
Azərbaycan boksçuları Macarıstanın Debresen şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu çıxış ediblər.
"Mediasport" xəbər verir ki, idmançılarımız yarışda 4 medal qazanıblar.
Azərbaycan millisinin üzvləri 2 gümüş və 2 bürünc medal əldə ediblər.
Amin Məmmədzadə (55 kq) ilə Həsən Osmanlı (80 kq) ikinci yeri tutublar, Nəbi İsgəndərov (70 kq) və Zeynəb Rəhimova (54 kq) isə üçüncü olublar.
Beynəlxalq turnirdə ümumilikdə 19 ölkənin boksçuları çübarizə aparıblar.
