"Qarabağ" yarımfinalda, "Sabah" "Sumqayıt"ı 4 cavabsız qolla keçdi

 "Qarabağ" yarımfinalda, "Sabah" "Sumqayıt"ı 4 cavabsız qolla keçdi

Azərbaycan Kubokunun 1/4 final mərhələsində cavab matçları start götürüb.

"Mediasport" xəbər verir ki, günün ilk matçında "Səbail"ə 3:1 hesabı ilə qalib gələn "Qarabağ" adını yarımfinala yazdırıb.

Turnirin son qalibi ilk dueldə də 1:0 hesablı qələbə qazanmışdı.

Bütün turnirlər daxil, 9 oyundur qol vura bilməyən "Sumqayıt" ilk matçda 0:0 etdiyi "Sabah"dan evdə 4 cavabsız top buraxıb.

Beləliklə, Masazır təmsilçisi tarixində ilk dəfə Azərbaycan Kubokunda yarımfinala yüksəlib.

Qalan iki görüş sabah baş tutacaq.


Azərbaycan Kuboku. 1/4 final. Cavab oyunları


"Qarabağ” - “Səbail” 3:1 (ilk oyun - 1:0)

Qollar: Musa Qurbanlı, 13, Emin Rüstəmov, 43-avtoqol, Nəriman Axundzadə, 55 - Rüfət Abdullazadə, 15.

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev

VAR: Rauf Allahverdiyev

AVAR: Şirmamed Mamedov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Elçin Məmmədov

Tofiq Bəhramov adına Respublika Stadionu

“Qarabağ”: 99. Mateus Koxalski, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 81. Kevin Medina (k), 8. Marko Yankoviç, 2. Mateuş Silva, 21. Aleksey Kaşşuk, 11. Emmanuel Addai.

Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzia, 9. Kadi Borges, 19. Redon Cica, 15. Leandro Andrade.

Baş məşqçi: Qurban Qurbanov.

“Səbail”: 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 10. David Qomis, 5. Gitay Sofir.

Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 22. Mirabdulla Abbasov, 96. İlkin Muradov, 84. Teymur məmmədov, 88. Hacıəli Şirəliyev, 44. Amir Bilali, 3. Dmitro Litvin, 99. İnnosent Nşuti, 7. Madi Queta, 14. Suleyman Alluş.

Məşqçi: Elvin Məmmədov.


“Sumqayıt” - “Sabah” 0:4 (İlk oyun - 0:0)

Qollar: Anatoli Nuriyev, 55, Xəyal Əliyev, 71, Coy Lens Mikels, 82, Amin Seydiyev, 90+4.

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov

VAR: Nicat İsmayıllı

AVAR: Rəhman İmami

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu


28 fevral

16:00. “Zirə” - “Araz-Naxçıvan”

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu

VAR: Əliyar Ağayev

AVAR: Akif Əmirəli

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Elçin Mehtiyev

Zirə İK stadionu


19:30. “Neftçi” - “Kəpəz”

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Tural Qurbanov

VAR: Rəvan Həmzəzadə

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Emin Cəfərov

Neftçi Arena