Azərbaycan millisi Braziliyada Dünya Kubokunda yarışacaq
Aprelin 20-də Braziliyanın Fos-du-İquasu şəhərində qadın və kişi boksçular arasında Dünya Kuboku start götürəcək.
Azərbaycan Boks Federasiyasından "Mediasport"a verilən məlumata görə, 7 gün davam edəcək yarışda ölkəmiz 8 idmançı ilə təmsil olunacaq.
Kişilərdən ibarət komandanın baş məşqçisi Ravşan Xocayev reytinq xarakterli Dünya Kubokunda Sübhan Mamedov (50 kq), Zidan Hümbətov (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Nəbi İsgəndərov (70 kq), Səidcəmşid Cəfərov (75 kq) və Məhəmməd Abdullayevə (+90 kq) şans verəcək.
Qadınlardan ibarət millinin baş məşqçisi İlkin Ağayev isə yarışda Zeynəb Rəhimova (54 kq) və Emili Rzayevaya (65 kq) güvənəcək.
Dünya Kubokunun püşkü aprelin 19-da atılacaq.
