Kilian Mbappe əfsanəvi Peledən sonra futbol tarixinə düşdü

Kilian Mbappe əfsanəvi Peledən sonra futbol tarixinə düşdü

Fransa milli komandasının futbolçusu Kilian Mbappe klub və yığma karyerasında qol sayını 400-ə çatdırmaqla tarixə düşüb.

"Mediasport" xəbər verir ki, Madrid "Real"ının hücumçusu DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna millisi ilə görüşündə dubl edərək əfsanəvi Peledən sonra tarixdə bu həddə çatan ikinci ən gənc oyunçu olub.

Mbappe bu uğuru 27 yaşı tamam olmamış əldə edib.

Xatırladaq ki, millidə 55 qol vuran forvard klub səviyyəsində 345 dəfə fərqlənib.