Azərbaycan millisinin üzvü "İmişli" ilə müqavilə bağladı
"İmişli" heyətini yeni futbolçu ilə gücləndirib.
"Mediasport" xəbər verir ki, Premyer Liqa təmsilçisi "Zirə"dən 20 yaşlı Əkbər Eyubovla güclənib.
Mərkəz müdafiəçisi aranlıların heyətində 1 mövsüm icarə əsasında oynayacaq.
Ötən mövsümü "Mingəçevir"də də icarədə olan Eyubov Azərbaycanın U-21 milli komandasının üzvüdür.


