Azərbaycan çempionatları tarixində ən çox qol vurmuş oyunçular

Azərbaycan çempionatları tarixində ən çox qol vurmuş oyunçular

Azərbaycan Premyer Liqasının 2025-26 mövsümü ərəfəsində ölkə çempionatları tarixinin bombardirləri siyahısı dəyişməz qalıb.

"Mediasport" xəbər verir ki, ilk "10-luq"da 100 və daha çox qol vuranlar yer alıb.

Həmin futbolçular artıq peşəkar karyeralarını başa vurublar.

183 qola imza atan Nazim Əliyevin rekordu hələ də əlçatmazdır.

Müşfiq Hüseynov 125 qolla ikinci, 9 top geri qalan Rövşən Əhmədov üçüncü sıradadır.

Ötən mövsüm Premyer Liqada mübarizə aparan futbolçular arasında ən yaxşı nəticə Filip Ozobiçə məxsusdur.

"Neftçi"də vurduğu qollarla hesabını 66-ya çatdıran xorvat əsilli yarımmüdafiəçi siyahıda 23-cü yerə şərikdir.

33 mövsümdə ən çox qol vuran 33 futbolçu

1. Nazim Əliyev - 183

2. Müşfiq Hüseynov - 125

3. Rövşən Əhmədov - 116

4-5. Qurban Qurbanov - 115

Samir Ələkbərov - 115

6. Alay Bəhramov - 108

7. Nadir Nəbiyev - 103

8-9. Xaqani Məmmədov - 102

Vadim Vasilyev - 102

10. Kənan Kərimov - 101

11. Musa Qurbanov - 94

12. Fazil Pərvərov - 89

13. Samir Musayev - 88

14-15. Fərrux İsmayılov - 85

İmamyar Süleymanov - 85

16. Samir Əliyev - 84

17. İsmayıl Məmmədov - 76

18. İlham Məmmədov - 74

19. Azər İsayev - 73

20. Paşa Əliyev - 72

21. Badri Kvaratsxeliya - 71

22. Zaur Ramazanov - 70

23-24. Filip Ozobiç - 66

Yunis Hüseynov - 66

25-26. Vidadi Rzayev - 65

Mahir Əliyev - 65

27. Rauf Əliyev - 63

28-30. Mahmud Qurbanov - 61

Ramiz Məmmədov - 61

Georgi Adamiya - 61

31. Mahir Emreli - 59

32. Rəşad Abdullayev - 58

33. Davit Volkov - 54