Azərbaycanın iki cüdoçusu Avropa Kubokunun qalibi oldu

Slovakiyanın Samorin şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku start götürüb.
Mediasport.com.az xəbər verir ki, Azərbaycan idmançıları ilk yarış günündə 6 medal qazanıblar.
Təmsilçilərimiz millinin hesabına 2 qızıl, 2 gümüş və 2 bürünc medal yazdırıblar.
50 kq çəki dərəcəsində İbrahim Talıbov gümüş, Anar Quliyev bürünc, 55 kq-da finalda üz-üzə gələn cüdoçularıızdan Məhəmmədəli Hüsiyev qızıl, Rəsul Əlizadə gümüş, 60 kq-da Zeyd Ələsgərov qızıl, 66 kq-da isə Əli Hümbətov bürünc medal əldə edib.
Xatırladaq ki, ölkəmiz yarışda oğlanlar arasında 8 çəki dərəsində 16 idmançı ilə təmsil olunur.