Azərbaycanın iki idmançısı Fransada gümüş medal qazandı
Azərbaycanın paragüllə atıcıları Kamran Zeynalov və Aybəniz Babayeva Fransanın La-Şapel-Sen-Lyuk şəhərində keçirilən Qran-Pridə uğurla çıxış ediblər.
"Mediasport" xəbər verir ki, hər iki təmsilçimiz 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada gümüş medal qazanıb.
Kamran Zeynalov (P1) 233,1 xalla bu nəticəni əldə edib. Aybəniz Babayev isə (P2) 220,8 xalla fəxri kürsüyə qalxıb.
