Azərbaycanlı hakimlər beynəlxalq yoldaşlıq oyunlarını idarə etdilər

  Azərbaycanlı hakimlər beynəlxalq yoldaşlıq oyunlarını idarə etdilər

FİFA referiləri Əliyar Ağayev və Tural Qurbanov milli komandaların beynəlxalq yoldaşlıq oyunlarını idarə ediblər.

"Mediasport" xəbər verir ki, Əliyar Ağayev Belarus - Suriya matçında (4:1) əsas söz sahibi olub.

Zeynal Zeynalov və Elşad Abdullayev yan xətdə Ağayevə kömək ediblər.

Tural Qurbanov isə Moldova - Bolqarıstan (2:2) görüşündə fit səsləndirib.

Akif Əmirəli və Cəmil Quliyev ona köməklik göstəriblər.