Bakı klubu əyalət təmsilçisini 4 cavabsız qolla məğlub etdi

Bakı klubu əyalət təmsilçisini 4 cavabsız qolla məğlub etdi

1-ci Liqada çempionluğa oynayan "Şəfa" təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçını keçirib.

"Mediasport" xəbər verir ki, paytaxt təmsilçisi Bakıda çempionatın autsayderi "Şimal"la qarşılaşıb.

Görüş bakılıların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.

Qeyd edək ki, "Şəfa" hazırlıqda daha əvvəl "İmişli" ilə yarımçıq qalan matç (1:0) daxil, MOİK (2:0) və "Difai" (0:1) ilə də üz-üzə gəlib.