Bakıda 4 qol vuran ingilis vinger: "Qarabağ" çox yaxşı komandadır"
“Qarabağ” çox yaxşı komandadır. Burda oynamaq çətindir və oyundan öncə müəyən təzyiq var idi".
"Mediasport" xəbər verir ki, bunu UEFA çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi "Nyukasl Yunayted"in futbolçusu Entoni Qordon deyib.
25 yaşlı ingiltərəli Ağdam klubu ilə dünən Bakıda baş tutan ilk görüş haqda təəssüratlarını bölüşüb.
Matçda 4 qol vuran vinger hesabın böyük olmasına baxmayaraq, qarşılaşmanın ağır keçdiyini qeyd edib:
"Yaxşı başladıq, təzyiq göstərdik və nəticədə ardıcıl qollar vurduq. Pressinqimiz işimizə yaradı. Amma oyunun asan keçdiyini deyə bilmərəm. "Qarabağ" kifayət qədər əzmkar komandadır".
Xatırladaq ki, matç 1:6 hesabı ilə yekunlaşıb.
