"Qəbələ" evdə qələbə qazandı
Yeni mövsüm hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti yoxlama matçını keçirib.
"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi Qəbələdə təlim-məşq toplanışında olan Qətərin “Əl Xaritiyat” klubu ilə qarşılaşıb.
Görüş qəəbələlilərin qələbəsi ilə yekunlaşıb - 2:1.
Komandanın qollarını Nuğay Rəşidov və Antoni Hunpe vurublar.
Xatırladaq ki, Kaxaber Çxadadzenin komandası daha əvvəl sınaq oyunlarında “Kəpəz”ə qalib (2:1) gəlib, “Sumqayıt” (1:1), “İmişli” (2:2) və “Şəfa” ilə (1:1) bərabərə qalıb.


