"Qarabağ"ın Çempionlar Liqası rəqibi bu axşam məlum olacaq

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.
"Mediasport" xəbər verir ki, cavab oyunları çərçivəsində qalan 2 görüş keçiriləcək.
Şimali İrlandiyada baş tutacaq matçda Azərbaycan çempionu "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək.
Qeyd edək ki, ötən gün 12 oyundan sonra 6 kollektiv adını 2-ci raunda yazdırıb.
"Qarabağ"ın da meydana çıxacaqğı II mərhələnin qarşılaşmaları iyulun 22-si, 29-u və 30-da reallaşacaq.
UEFA Çempionlar Liqası. 1-ci təsnifat mərhələsi. Cavab oyunları
22:45. "Linfild" (Şimali İrlandiya) - "Şelburn" (İrlandiya) İlk oyun - 0:1
22:45. "Dinamo" (Minsk, Belarus) - "Ludoqorets" (Bolqarıstan) İlk oyun: 0:1