Boksçularımız Özbəkistanda təlim-məşq toplanışı keçəcək

 Boksçularımız Özbəkistanda təlim-məşq toplanışı keçəcək

Kişi boksçulardan ibarət Azərbaycan millisi Özbəkistanda təlim-məşq toplanışı keçəcək.

"Mediasport" xəbər verir ki, komanda baş məşqçi Ravşan Xocayevlə məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında oktyabrın 26-dək Daşkənddə hazırlığa qatılacaq.

Oktyabrın 12-də başlayacaq toplanışda Zəlimxan Süleymanov (55 kq), Maqsud Xasmetov, Məhəmmədəli Qasımzadə (hər ikisi 60 kq), Zaur Qəhrəmanov (65 kq), Sərxan Əliyev (70 kq) və Səidcəmşid Cəfərov (75 kq) iştirak edəcəklər.

Daşkənd toplanışında Azərbaycan millisi Kuba, Qazaxıstan, Qırğızıstan, Özbəkistan yığmaları, həmçinin Rusiyanın 2 heyəti ilə məşq keçəcək. Hazırlıq çərçivəsində sınaq döyüşləri də nəzərdə tutulub.