"Böyük futbolun içində olduğunuz üçün sizin adınıza şadam" - VİDEO

"Böyük futbolun içində olduğunuz üçün sizin adınıza şadam" - VİDEO

Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində "Ferensvaroş"u məğlub edib (3:1, 2:3).

"Mediasport" xəbər verir ki, matçdan sonra "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov paltardəyişmə otağında futbolçularını təbrik edib.

Azərbaycan çempionunun Çempionlar Liqasının əsas mərhələsindəki rəqibləri bu gün saat 20:00-da keçiriləcək püşkatmadan sonra müəyyənləşəcək.