Braziliya milli komandası ABŞ-də Fransa yığmasına məğlub oldu
Futbol üzrə Braziliya və Fransa milli komandaları yoldaşlıq oyununda üz-üzə gəliblər.
"Mediasport" xəbər verir ki, matç ABŞ-də baş tutub.
Massaçusetsdəki "Foksboro" stadionunda keçirilmiş görüş Didye Deşamın komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Xoruzlar"ın heyətində Kilian Mbappe və Uqo Ekitike vurublar.
Beşqat dünya çempionlarından Bremer fərqlənib.
