Daha bir komandanın Premyer Liqadan düşəcəyi dəqiqləşdi

Daha bir komandanın Premyer Liqadan düşəcəyi dəqiqləşdi

Cari mövsümünün sonunda İngiltərə Premyer Liqasını tərk edəcək ikinci komandanın adı dəqiqləşib.

"Mediasport" xəbər verir ki, bu, "Börnli" kollektivi olacaq.

Skott Parkerin çalışdırdığı komanda 34-cü turda doğma meydanda “Mançester Siti”yə uduzmaqla (0:1) taleyini həll edib.

20 xalla turnir cədvəlinin 17-ci sırasında qərarlaşmış "Börnli" qalan 4 turda qələbə qazansa belə, 18-ci pillədən yuxarı qalxa bilməyəcək.

Xatırladaq ki, əvvəlki turda “Vulverhempton”un elitadan düşəcəyi müəyyənləşib.