Azərbaycanın Zidanı yarımfinalda

Azərbaycan millisinin daha bir gənc boksçusu Monteneqronun Budva şəhərində keçirilən dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində yarımfinala yüksəlib.
"Mediasport" xəbər verir ki, 54 kq çəki dərəcəsində yarışan Zidan Hümbətov ikinci döyüşündə qırğızıstanlı İlgiz Korqonbayevi məğlub edərək azı bürünc medalı qarantiləyib.
Təmsilçimiz martın 8-də yarımfinalda Qazaxıstan boksçusu Əli Muratla qarşılaşacaq.
Qeyd edək ki, “Adriatik incisi”ndə daha 3 boksçumuz mübarizə aparacaq.
Banuçiçək Nəsirli (48 kq) Natalya Nieviadomska (Polşa) ilə, Özləm Həsənova (66 kq) Akbota Yessimbekova (Qazaxıstan) ilə, İlkanə Əhmədova (+81 kq) isə Sabina Jaksiliklə (Qazaxıstan) döyüşəcək.