Elçin Məmmədov “Qalatasaray” - “Yuventus” qarşılaşmasında

 Elçin Məmmədov “Qalatasaray” - “Yuventus” qarşılaşmasında

AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.

"Mediasport" xəbər verir ki, o, UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qalatasaray” (Türkiyə) - “Yuventus” (İtaliya) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qarşılaşma fevralın 17-də İstanbulda yerləşən “Ali Sami Yen” stadionunda baş tutacaq.