Əli Həşimli yeni yaradılan federasiyanın prezidenti seçildi

 Əli Həşimli yeni yaradılan federasiyanın prezidenti seçildi

"Azərbaycan Respublikası İdman Rəqsləri Federasiyası" İctimai Birliyinin (bundan sonra Azərbaycan İdman Rəqsləri Federasiyası) yeni prezidenti məlum olub.

Gənclər və İdman Naziliyindən "Mediasport"a verilən məlumata görə, bu vəzifəyə səsvermə ilə Əli Həşimli seçilib.

Səsvermənin yekunu federasiyanın ümumi yığıncağında təsdiqlənib.

Yığıncaqda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yeni rəhbərə ğurlar arzulayıb.

Federasiyanın qanuni təmsilçisi Etibar Məmmədov qurumun fəaliyyəti barədə hesabatla çıxış edib.

İctimai Birliyin adının dəyişdirilməsi və Nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi məsələləri müzakirəyə çıxarılıb və səsvermə ilə qəbul olunub.

İctimai Birlik bundan sonra "Azərbaycan İdman Rəqsləri Federasiyası" adlandırılacaq.

Etibar Məmmədov və Eşqin İsmailli vitse-prezidentlər, Tatyana Çernova və Elen Vladimirovna İdarə Heyətinin üzvləri seçiliblər.

Xanoğlan Meydanov Nəzarət-Təftiş Komissiyasına sədr, Səbinə Hüseynova və Lamiyə Quliyeva üzv seçiliblər.