FİFA 2025-ci ilin ən yaxşı məşqçi və futbolçusunun adını açıqladı
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) 2025-ci ilin ən yaxşılarının adlarını açıqlayıb.
"Mediasport" xəbər verir ki, tədbir və mükafatlandırılma mərasimi Qətərin paytaxtı Dohada keçirilib.
İlin futbolçusu Fransa millisi və PSJ-nin vingeri Usman Dembele seçilib.
İlin ən güclü baş məşqçisi adını PSJ-nin ispaniyalı çalışdırıcısı Luis Enrike qazanıb.
2025-ci ilin qapıçısı "Mançester Siti"dən italyan Canluici Donnarumma olub.
"Barselona"nın ispaniyalı lideri Aytana Bonmati isə həmcinslərini qabaqlayaraq ilin qadın futbolçusu adına layiq görülüb.
"The Best" mükafatının digər nəticələri
İlin qadın məşqçisi – Sarina Viqman-Qlotzbax (İngiltərə yığması)
İlin rəmzi komandası – Canluici Donnarumma, Əşrəf Hakimi, Vilyan Paço, Vircil van Dayk, Nunu Mendeş, Kol Palmer, Cud Bellingem, Vitinya, Pedri, Lamin Yamal, Usman Dembele
İlin qadın rəmzi komandası – Anna Hempton, Ona Batll, İren Paredes, Lea Uilyamson, Lusi Bronz, Aytana Bonmati, Patrisiya Gixarro, Klaudiya Pina, Mariona Kaldenti, Alessiya Russo, Aleksa Putelyas
İlin qadın qapıçısı – Anna Hempton ("Çelsi", İngiltərə milli komandası)
İlin ən baxımlı qolu – Santiaqo Montiel ("Atletiko İndependiente", Argentina)
İlin qadın futbolçular arasında ən baxımlı qolu – Lisbet Ovall ("Tiqres", Meksika)


