Ən çox ölkə çempionu olanların siyahısı yeniləndi - "Böyük beşlik"
"Böyük beşlik" ölkələrinin çempionatlarında ən çox qalib adını qazanan futbolçuların siyahısı yenilənib.
"Mediasport" xəbər verir ki, bu, "Bayern"in vaxtından əvvəl Almaniya çempionluğunu əldə etməsindən sonra baş verib.
Münhen klubunun qapıçısı Manuel Noyer bununla "köhnə qitə"də çempionluq sayını 13-ə çatdırıb.
Alman qolkiper keçmiş komanda yoldaşları - Tomas Müller və Kinqsli Koman, həmçinin "Mançester Yunayted"in əfsanəsi Rayan Giqqzə çatıb.
Hər dörd futbolçu 13 dəfə ölkə çempionu olub. Giqqz İngiltərədə, digər üçlü Almaniyada ("Bayern") bu sevinci yaşayıb.
Komanın çempionluq siyahısında həmçinin İtaliya ("Yuventus") və Fransa (PSJ) da yer alır.
