“FIFA U-20 World Cup Azerbaijan & Uzbekistan 2027” stendi qurulub
Bakının ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil edilən “Urban Expo” sərgisində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) xüsusi interaktiv stendi qurulub.
"Mediasport" xəbər verir ki, üzərində “FIFA U-20 World Cup Azerbaijan & Uzbekistan 2027” yazılmış stend beynəlxalq tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Stenddə dayanıqlı inkişaf prinsiplərinə uyğun olaraq, idmanın kütləviliyi, sağlam gənclik və inklüzivlik ideyaları ön plana çıxarılıb.
Yaşıl örtüklə bəzədilmiş interaktiv zonada quraşdırılan mini qapıya penalti zərbələrinin endirilməsi üçün şərait yaradılıb.
Qeyd edək ki, futbol üzrə U-20 dünya çempionatı gələn il Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi ilə təşkil olunacaq.


