Bakı marafonu Bayılda başlayıb "Sea Breeze”də yekunlaşacaq

 Bakı marafonu Bayılda başlayıb "Sea Breeze”də yekunlaşacaq

Mayın 3-də Bakıda "Küləyə qalib gəl" devizi altında ənənəvi “Bakı Marafonu 2026” keçiriləcək.

Gənclər və İdman Nazirliyindən "Mediasport"a verilən məlumata görə, 42 kilometrlik məsafəni əhatə edən marafonun start nöqtəsi Dövlət Bayrağı Meydanı olacaq.

Yarışa "Sea Breeze” ərazisində yekun vurulacaq.

Marafon hər il kütləvi idmanın təşviqi və sağlam həyat tərzinin təbliği məqsədi ilə təşkil olunur.