Hakimi ilin futbolçusu seçildi
Afrika Futbol Konfederasiyası (CAF) 2025-ci il üzrə qitənin ən yaxşı futbolçusunu müəyyənləşdirib.
"Mediasport" xəbər verir ki, qalib adına Mərakeş milli komandası və Fransanın PSJ klubunun üzvü Əşrəf Hakimi layiq görülüb.
27 yaşlı cinah futbolçusu 1998-ci ildən bəri bu mükafatı qazanan ilk mərakeşli futbolçu olub.
Xatırladaq ki, ötən il mükafatı Nigeriya yığması və İtaliyanın “Atalanta” klubunun hücumçusu Ademola Lukman qazanmışdı.
