Azərbaycan klublarının UEFA reytinqində mövqeyi açıqlandı
UEFA klubların yeni reytinqini dərc edib.
"Mediasport" xəbər verir ki, planetin ən güclüləri arasında Azərbaycan təmsilçilərindən ən yaxşı göstərici yenə “Qarabağ”a məxsusdur.
Qurban Qurbanovun komandası 33,750 xalla 59-cu sırada qərarlaşıb.
Digər təmsilçilərimizdən “Sabah” 6000 xalla 215-ci, “Zirə” 5500 xalla 226-cı, "Neftçi" 4000 xalla “Neftçi” 304-cü sırada yer alıb.
Aktivində 3862 xalı olan “Araz-Naxçıvan”, “Sumqayıt” və “Qəbələ” müvafiq olaraq 308, 309 və 310-cu yerləri bölüşür.
Reytinq cədvəlinə 121,500 əmsalla “Bayern” başçılıq edir.


