Hakimlərimiz beynəlxalq yarışlarda
Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən yarışlarda iş başında olublar.
"Mediasport" xəbər verir ki, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Arzu Acalova Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunda ədaləti təmsil edib.
B kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Ülvi Əliyev və Rəşad Əliyev isə Monteneqronun paytaxtı Podqoritsada baş tutan böyüklər arasında Avropa Kubokunda ədalət təmsilçiləri sırasında yer alıblar.



