Bir mövsümdə Avropada 2 fərqli turnirin qalibi olan ilk futbolçu

  Bir mövsümdə Avropada 2 fərqli turnirin qalibi olan ilk futbolçu

"Kristal Pelas"ın hücumçusu Evan Qessand bir futbol mövsümündə iki fərqli komanda ilə avrokubokların qızıl medallarına yiyələnib.

"Mediasport" xəbər verir ki, o, 2025/2026 mövsümünün ilk hissəsini "Aston Villa"da keçirib.

Bu müddətdə o, Avropa Liqasında 7 oyuna çıxıb və 2 dəfə qol sevinci yaşayıb.

Futbolçu qış transfer pəncərəsində isə Konfrans Liqasının qalibi olan "Kristal Pelas"a keçib.

O, London klubunun heyətində bu turnirdə 6 oyuna 1 qol vurub.

Nəticədə, 24 yaşlı hücumçu həm Avropa Liqasının, həm də Konfrans Liqasının qalibi olaraq tarixə düşüb.