Millimizin sabiq baş məşqçisi: "Həm "Qarabağ"ın, həm də "Şkendiya"nın yaxşı pulu var"

Millimizin sabiq baş məşqçisi: "Həm "Qarabağ"ın, həm də "Şkendiya"nın yaxşı pulu var"

"Qarabağ" üçün oyun asan keçməyəcək. Dəqiq belədir. Ola bilər ki, favoritdirlər.

"Mediasport" xəbər verir ki, bunu "Sportal"a açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi Qyoko Haciyevski deyib.

Hazırda Bolqarıstan Yüksək Liqasında “Spartak”ın (Varna) baş məşqçisi olan şimali makedoniyalı mütəxəssis bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Skopyedə keçiriləcək “Şkendiya” – “Qarabağ” oyunu haqda danışıb:

"Şkendiya"nın FKSB klubunu keçməsi bəlkə gözlənilməz gələ bilər. Amma "Şkendiya" layiqli şəkildə mərhələ adladı. Onlar hər iki görüşdə FKSB klubuna qarşı yaxşı oynadı və mərhələni keçdi. Hər iki matçda da onlar ən yaxşı tərəf idi. İndi komandadakı motivasiya yüksəkdir. "Şkendiya" son 10 ildə ənyaxşı büdcəyə malikdir. Təcrübəli futbolçuları var, uzun müddətdir birlikdə oynayırlar. Komandaya legioner də gətiriblər. "Qarabağ"da da vəziyyət eynidir. Hər iki klubun yaxşı sponsoru və yaxşı pulu var. Hər ikisi ölkəsində çempionluğa oynayır. "Qarabağ"ın Avropa təcrübəsi daha çoxdur. Amma rəqibi qiymətləndirməmək olmaz".

Haciyevski hazırda Şimali Makedoniya çempionunun kapitanı olan Besart İbrahimi haqda da fikirlərini bildirib. O, bildirib ki, 38 yaşlı futbolçu vaxtı ilə "Bakı"ya keçidə yaxın olub: 

"Şkendiya" da təcrübəli futbolçulara sahibdir. Məsələn, Besart İbrahimini qeyd edərdim. O, komandanın əsas futbolçusudur. Uzun illərdir ki, yaxşı səviyyədə futbol oynaylr. Mən sizə bir şeyi açıqlayım. Besart "Bakı"ya keçməyə çox yaxın idi. Onun 20 yaşı olanda, təxminən 15-16 il əvvəl mən Besartı "Bakı"ya dəvət etmişdim. Bir ay Azərbaycanda oldu, məşqlərimizdə də iştirak etdi. Amma həmin vaxtı İbrahiminin komandası olan "Renova" onu buraxmadı. Halbuki, öncə dedilər ki, azad agent olacaq. Amma sonradan buna imkan vermədilər. "Bakı"nın düşərgəsində 1 ay olmuşdu. Uzun illərdir ki, yerli liqada bombardirlik keyfiyyətini göstərir. 38 yaşı var, onun qapıya hər zərbəsi təhlükəlidir. Əvvəlki kimi gənc olmaya bilər, amma onun böyük təcrübəsi var".

Azərbaycanda tarixə qovuşmuş "Bakı" və "Simurq" klublarının məşqçisi olmuş məşqçi cütün favoritinin "Qarabağ" olduğunu bildirib:

"Çünki "Qarabağ"ın təcrübəli heyəti var. Amma "Qarabağ" üçün çətin oyun olacaq. İlk oyun Skopyedədəir. "Şkendiya" FKSB kimi güclü klubu da belə keçdi. Öncə evdə uddular, sonra səfərdə qalib oldular. "Şkendiya" çox yaxşı komandadır. Hər halda, "Şkendiya" və "Qarabağ" komandalarının mübarizəsini izləmək maraqlı olacaq".