Karate yığmamızın iki üzvü Gürcüstanda medal qazandı
Azərbaycan karateçiləri Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirdə 2 medal qazanıblar.
"Mediasport" xəbər verir ki, Kənan Həkimzadə kyokşin karate üzrə yarışda gümüş, Məhəmməd Əliyev isə bürünc mükafat əldə edib.
Yeniyetmələrdən ibarət komandamız yarışda vitse-prezidenti Allahverdi Rüstəmov və baş məşqçi Anar Cəfərovun rəhbərliyi altında mübarizə aparıb.
Azərbaycanın 11 idmançı ilə təmsil olunduğu turnirdə 15 ölkədən 450-dən çox idmançı yarışıb.
