Azərbaycanın iki idmançısı Əbu-Dabi yarışında qızıl medal qazandı
Azərbaycan ciu-citsuçuları Əbu-Dabidə keçirilən dünya çempionatında uğurlu çıxış ediblər.
"Mediasport" xəbər verir ki, Ceyhun Quluzadə və Emil Qurbanov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Təmsilçilərimiz qızıl medalı masterlər kateqoriyasında qazanıblar.


