"Çempion kimi çıxış edəndə məsuliyyət daha çox olur"

"Çempion kimi çıxış edəndə məsuliyyət daha çox olur"

"Biz də istəyirik ki, bundan da böyük uğurlar qazanaq. Özümü, Həsrəti, bütün komandanı təbrik edirəm”.

"Mediasport" xəbər verir ki, bu sözləri yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının üzvü Qurban Qurbanov (82 kq) deyib.

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazanan 24 yaşlı idmançı təəssüratlarını bölüşüb:

“İndiki keçid dövrümdə titulu qorumaq daha çətin oldu. Ötən il Avropa çempionu olduqdan sonra ardıcıl ağır zədələr aldım.

Hər iki çempionluğum mənə əzizdir. Sözsüz, çempion kimi çıxış edəndə məsuliyyət daha çox olur. Həsrət Cəfərov 4-cü dəfə Avropa çempionu oldu. Əlbəttə, aramızda xoş bir rəqabət var".

Xatırladaq ki, Qurbanov ötən il Slovakiyanın paytaxtı Bratislavada da Avropa çempionu olmuşdu.