İspaniya klubunun futbolçusu "Qarabağ" üçün Bakıya gəldi
“Qarabağ” daha bir legionerin keçidini tamamlayıb.
"Mediasport" xəbər verir ki, Ağdam klubu Mozambik milli komandasının futbolçusu Bruno Lanqla anlaşıb.
İspaniyanın 2-ci Liqa təmsilçisi "Almeriya"ya məxsus 28 yaşlı sol cinah oyunçusu artıq Bakıdadır.
Ötən mövsümü icarə əsasında Portuqaliyanın "Eştrela" klubunda keçirmiş afrikalı fövqəladə hal baş verməzsə, tibbi yoxlamadan sonra rəsmi sənədə qol çəkəcək.
Xatırladaq ki, "atlılar" Mozambik yığmasında 38 dəfə forma geyinmiş Lanqa qədər Jali Muaddib, Zakaria Savo və Samuel Lobato ilə güclənib.
Bruno Lanqın transferi ilə bağlı ilk məlumatı İdmanxeber.az saytı paylaşıb.


