"Şamaxı" üzərində qələbəyə görə yüksək məbləğdə mükafat!

"Şamaxı" üzərində qələbəyə görə yüksək məbləğdə mükafat!

"Araz-Naxçıvan" rəhbərliyi Azərbaycan Premyer Liqasının 35-ci turunun "Şamaxı" ilə səfər matçına görə komandaya yüksək mükafat verəcək.

Klubdan "Mediasport"a verilən məlumata görə, bölgə təmsilçisi üzərində qələbə hər futbolçuya 3500 manat "premya" qazandırıb.

Naxçıvan təmsilçisi bu qalibiyyətlə tarixində ilk dəfə avrokuboklara vəsiqə əldə edib.

Sona bir tur qalmış Avropa Konfrans Liqasında iştirak hüququ qazanan Elmar Baxşıyevin komandasının Premyer Liqada mövsümü bürünc medallarla başa vuracağı dəqiqləşib.