"Kəpəz" qışda transfer etdiyi futbolçu ilə yollarını ayırdı - RƏSMİ

"Kəpəz" daha bir futbolçu ilə yollarını ayırıb.
"Mediasport" xəbər verir ki, Gəncə klubu Şervoni Mabatşoevlə vidalaşıb.
Tacikistanlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Ş.Mabatşoev ötən mövsümün qış fasiləsində "Kəpəz"ə cəlb olunub. Yarımmüdafiəçi 15 çempionat oyununda 2 qol vurub.