"Mançester Yunayted" "Sabah"ın qapısından 5 cavabsız top keçirdi
"Sabah" klubunun U-19 komandası UEFA Gənclər Liqasında ilk matçına çıxıb.
"Mediasport" xəbər verir ki, təmsilçimiz Liqa mərhələsinin 1-ci turu çərçivəsində İngiltərədə "Mançester Yunayted"lə qarşılaşıb.
Li şəhərində baş tutan görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 5:0.
Xatırladaq ki, komandamız əsas raundda 6 oyun keçirəcək.
Növbəti turlarda rəqiblərimiz ardıcıl qaydada "Slaviya" (Çexiya), "Borussiya" Dortmund (Almaniya), "Vikinq" (Norveç), "Barselona" və "Vilyarreal" (hər ikisi İspaniya) olacaq.

