"Qarabağ"a iki qol vuran ispan: "Güclü rəqibə qarşı oynayırdıq"

“Qarabağ”la oyunda məqsədimiz qələbə qazanmaq idi. Bu üç xal bizim üçün çox önəmlidir".
"Mediasport" xəbər verir ki, bu sözləri İspaniyanın “Atletik” klubunun futbolçusu Qorka Quruseta deyib.
Liqa mərhələsinin üçüncü turunun dünən "Qarabağ"la baş tutan matçında dubl edən hücumçu 3:1 hesablı qələbəni şərh edib.
29 yaşlı forvard Azərbaycan çempionunun güclü komanda olduğunu bildirib:
"Nəticəyə görə xoşbəxtik. Güclü rəqibə qarşı oynayırdıq. Çempionlar Liqasında qalib gəlmək və qol vurmaq mənim arzum idi. Ümid edirəm ki, bu qələbə yolun başlanğıcıdır".