MOK-da Fərid Qayıbovun yerinə Olimpiya çempionu vəzifə aldı

Milli Olimpiya Komitəsinin (MOK) lX Hesabat-seçki baş məclisindən sonra qurumun İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub.
"Mediasport" xəbər verir ki, Azər Əliyev növbəti dəfə Milli Olimpiya Komitəsinin baş katibi olub.
Çingiz Hüseynzadə vitse-prezidenti və İcra Aparatının rəhbəri, Zemfira Meftahətdinova vitse-prezidenti vəzifəsində qalıb.
Əvvəlki müddətdə vitse-prezident postunu tutmuş gənclər və idman naziri Fərid Qayıbovu isə qarşıdakı 4 ildə yunan-Roma güləşi üzrə Olimpiya çempionu Fərid Mansurov əvəz edəcək.
Ç.Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edərək, onlara ölkəmizdə idman və Olimpiya Hərəkatındakı fəaliyyətlərində uğurlar arzulayıb.