Mahir üçün almanlara bu dəfə Kipr nəhəngi təklif göndərdi

Mahir üçün almanlara bu dəfə Kipr nəhəngi təklif göndərdi

Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Kayzerslautern”da uğursuz mövsüm keçirən Mahir Emreli karyerasını Kiprdə davam etdirə bilər.

"Mediasport" “Goal News”a istinadən xəbər verir ki, bu ölkənin titullu klublarından APOEL Azərbaycan milli komandasının hücumçusunu transfer etmək istəyir.

Nikosiya komandası forvardın keçidinə görə Almaniya tərəfinə müraciət də edib.

Bildirilib ki, "Kayzerslautern"də oynamaq şansı qazanmayan Emreli Kiprə yollanmağa müsbət yanaşıb.

Qeyd edək ki, almanlarla anlaşması 2028-ci ilin yayına qədər olan yığmamızın üzvü ilə keçmiş klubu "Legiya" da maraqlanır.