"Neftçi" və "Zirə"nin sabiq vingeri İraq klubu ilə müqavilə bağladı

"Neftçi" və "Zirə"nin sabiq vingeri İraq klubu ilə müqavilə bağladı

"Neftçi" və “Zirə”nin sabiq futbolçusu Yusuf Laval özünə yeni komanda tapıb.

"Mediasport" xəbər verir ki, nigeriyalı vinger karyerasını İraqda davam etdirəcək.

27 yaşlı afrikalı paytaxt Bağdadı təmsil edən “Əl Karx” klubu ilə müqavilə bağlayıb.

Xatırladaq ki, Laval "Neftçi" 2020/2022, "Zirə"də isə 2024-cü ildən 2025-ci ilin yayına qədər forma geyinib.