"Neftçi"nin futbolçusu 54 dəqiqə oynadı, komandası qalib gəldi

"Neftçi"nin futbolçusu 54 dəqiqə oynadı, komandası qalib gəldi

Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinin matçları davam edir.

"Mediasport" xəbər verir ki, yarışda 2-ci tur görüşləri start götürüb.

"Neftçi"nin formasını geyinən Sessi D`Almeydalı Benin milli komandası Botsvana yığması ilə qarşılaşıb.

Matç beninlilərin minimal hesablı qələbəsilə yekunlaşıb - 1:0.

"Neftçi"nin futbolçusu 54-cü dəqiqə meydanda olub.

"Sumqayıt"da çıxış edən Abdul Raşid Mumini isə ehtiyatda qalıb.

Benin futbolçuları hazırda 2 oyundan sonra 3 xalla B qrupunda 3-cüdür.